♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 6-06-2016, 18:30

Sabah üçün bu günü tükətmək

Sabah üçün bu günü tükətmək

Nələrə səssiz qala bilərsiniz? Bu günün ağırlığı kürəyinizdə ola ola, gələcəyə nə qədər etibarla addım ata bilərsiniz?Haqqında bilmək istədiyiniz bu gündür ya sabah? Səssiz bir kinoda oynadığınızı düşünün; bəzən susaraq həyatın bütününü izah edə bilər, bəzəndə iki cümlə ilə bütün bir gələcəyi məhv edə bilərsiniz.Əgər bu gün üçün sabahı tükətmək lazımdırsa susaraq, amma susqunluğunuza boyun əymədən, gələcəyi yox etməmək şərti ilə, səssiz qalmaq bir çıxış yolu kimi görünə bilər.

Dərvişlər, illərcə bəlkə də heç danışmadan, amma bədən dilləri ilə həyatı izah edərək, səssizlikləri ilə özlərinə inanların gələcəklərinə təsir edərək, səbir və sükunətin necə qiymətli olduğunu göstərmişlər. Məqsədimiz əlbəttə Dərviş olmaq deyil, amma əgər sükunət içində səbirlə gözləməyi öyrədə bilər və bu gündə yaşadıqlarımızı qəbul etməyi bacara bilsək, sabah susaraq əldə etdiyimiz uğurun dadını çıxara bilərik.

Bəzən də bizim idarəmizdə olmadan "Dayan" deyərsiniz, amma dayanmaz. Müdaxilə etmək istəyərsiniz, amma edə bilməzsiniz. Bir dəfə sükan başqa əllərin idarəsi altına verilmişdir.Yenidən sizin kontrolunuz altında olması üçün səbirlə gözləmək, amma gözləyərkən mübarizə etməkdən imtina etməmək lazımdır.

Əgər məğlub olacağınıza inanırsınızsa, başdan itirən siz olmusunuz deməkdir.Dünəni dəyişdirməyə gücümüz çatmayacağına görə,sabah üçün bu günü görməməzlikdən gələ bilərik.

Mənim üçün çox maraqlıdır niyə hər zaman hər kəsi gələcəyi maraqlandırır?Niyə bu günümüzlə maraqlanmırıq?Əgər bu gün əlimizdəkilərin qədrini bilməsək,əgər bu gün hansısa işlərin öhtəsindən gəlməsək,bu gün üçün məsuliyyət daşımasaq gələcək üçün bunları necə bacaracayıq?

Bəzi insanlar falçılara,baxıçılara,hissiyyatı güclü olan insanlardan çox vaxt gələcəyinin necə olacağını soruşurlar.
Hər keçən gün o gün üçün dəyərli və qiymətlidir.

Haqqında bilmək istədiyiniz bu gününüzdür ya gələcəyiniz?

Sabah üçün bu günü tükətmək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
653 677 597 630 660 638

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.