_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 30-09-2018, 08:39

Qanazlığı depressiyaya səbəb olur

Qanazlığı depressiyaya səbəb olur


Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir.

Mövsümü əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər.

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib.

Onun dediyinə görə, günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur və bunun nəticəsində əhvali-ruhiyyə aşağı düşür. Payız depressiyası daha çox qadınlarda müşahidə olunur.

Psixoloq depressiyaya qarşı mübarizə üsulları barədə deyib: "Payız aylarında hava şəraitindən asılı olmayaraq xoş əhvali-ruhiyyə yaradan rəngbərəng geyinməkdən imtina etməmək lazımdır. Meditasiyalara üstünlük vermək, yəni özünə müsbət enerji aşılamaq, daxilən hər şeyin sakit və rahat olduğunu özünə təlqin etmək vacibdir".

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə danışarkən deyib: "Payız depressiyasından əziyyət çəkənlərin çoxu qanazlığı problemi ilə qarşılaşır. Orqanik qanazlığı depressiyanın səbəblərindən biridir. Çünki əksər hallarda qanazlığı psixoemosional dəyişikliklər, özünəqapanma, halsızlıq, yuxuya daha çox meyilliliklə özünü göstərir".

Onun dediyinə görə, depressiya zamanı qidalanmağa ciddi fikir verilmək lazımdır. Kalorili qidalar qəbul etmək, bol su içmək də əsas tövsiyələr sırasındadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
658 639 714 614 569 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.