Esmeralda

Esmeralda İdman 1-10-2018, 21:56

Super Liqa klubu sabiq “Xəzər Lənkəran”lıya tapşırıldı

Super Liqa klubu sabiq “Xəzər Lənkəran”lıya tapşırıldı


Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Loading.az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa klubunun rəhbərliyi Kemal Özdeşin istefasından sonra bu posta Mustafa Dənizlini gətirib.

69 yaşlı mütəxəssislə mövsümün sonunadək razılıq əldə olunub. Bu gün klubun düşərgəsinə dəvət olunan təcrübəli məşqçi bazanı gəzib, komanda ilə tanış olub.

Türkiyənin üç böyük klubu ("Qalatasaray", "Beşiktaş", "Fənərbaxça") ilə çempionluq sevinci yaşamış yeganə mütəxəssis olan Dənizli ölkəsində "Rizəspor", "Əskişəhərspor", "Kocaelispor", "Manisaspor"da da çalışıb. O, Almaniyanın "Alemannia", İranın "Persepolis", "Pas Tehran" klublarında da çalışıb. Dənizli 2013/14 mövsümündə Azərbaycanda "Xəzər Lənkəran"ın da baş məşqçisi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
465 537 472 424 487 554

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.