Mxitaryan Bakıya getməyəcək - ESPN-in müxbiri
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Bakıya gəlməyəcək.
Bu barədə ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen şəxsi “twitter” hesabından məlumat verib:
“Mənə məlumat veriblər ki, Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, futbolçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədiylə verdiyi şəxsi qərarıdır”.
Karen 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirakının da sual altında olduğunu deyib:
“Arsenal” Avropa Liqasının final oyununa vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı saat 20:55-də start götürəcək.