Yağışın melodiyası
Bəlkə bu gün yağışın melodiyasından danışaq.Heç dinlədinizmi yağışın səsini?Ondan gözəl musiqi varmı?Yağışın melodiyası...damlara döyəcləyən,bəzən isə düşüncələrimizə doyəcləyən yağışın.
Mən dinlədim...
Sən indi yatırsan...bayırda isə soyuq yağış yağır...yalnız damlar və pəncərələrin şüşəsi onun musiqisini eşidir.
Yox,bir də mən..Mən eşidirəm, yağış mənimlə danışır.
Nəm yarpaqların üzərində şəffaf damcılar süzülür.Bu nədir?Bəlkə ağaclar ağlayır,ağlayır ki payız gəlir?
Həm də bir pəncərədə ilişib qalan bir baxış ağlayır.Keçib gedən yayın son şüaları kimi...
Sən yatırsan...amma hardasa qoca şəhərin üzəri ilə yağışın melodiyası yayılır.Qəribə,son dərəcə gözəl,mohtəşəm bir musiqi yağışın notları ilə ətrafa səpələnir,gündəlik gərginlikdən yorulan şəhərimi dincliyə qərq edir.
Sən yatırsan...amma hardasa uzaqda mən də sənin hərarətinə isinirəm.Mənim ətrafımda isə yağış yağır...
Tuk..tuk..damlalar pəncərəni döyür...
Sən yatırsan...damlarda yağış musiqisi səslənir...sən yatırsan...yarpaqlar ağlayır...
Tuk...tuk...bu mənim ürəyimdir,səninçün döyünür.
Sən isə yatırsan...
Dinləyirsinizmi yağışın səsini?))