♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 8-06-2016, 18:30

Çöldəki günəşə baxıb gülümsə

Çöldəki günəşə baxıb gülümsə

Ağılını istifadə et...

Yaxşıca tanımadan heç bir insana bağlanma...
Sonlanmamış əlaqələrin üzərinə əlaqə qurma...

Əzab çəkən sən olarsan...

Yaxşıca tədqiq edib digər insanların da haqlı ola biləcəyini düşün...

Arxalanmadığın birisiylə əlaqə qurma...
Yalanını tutduğun adamın düzələ biləcəyini düşünmə...

İnsanlara düzgün qiymət ver, laiq olmayanları sil...
Heç kimə yalvarma...

Sirr tutmağı bil...

Dostlarının sevgilindən daha əhəmiyyətli olduğunu unutma...

Onları əsla sevgilin üçün satma...

Layiq olduğun sevgini ala bilmədinsə kədərlənmə, problem sən deyilsən...

Səni sevənlərlə istifadə edənləri yaxşı ayırmağı bil...

Sənə qulaq asıb başa düşmə niyyəti olmayanlarla mübahisə və müzakirə etmə...

Əgər verdiyin sirr o adamda qalmırsa ikinci bir sirr vermə...

Dostun olacaq insanları bəzi meyarlara görə təyin et...

Qarşındakının doğrunu söylədiyini fərz etmə...

Özünü tərifləyən insanlardan uzaq ol...

Özünə hörmətlini itirməyinə səbəb olacaq heç bir şey etmə...

Göz görə görə su yığınlarına daş atma...

Özünün hər kəsdən daha əhəmiyyətli olduğunu unutma...

Gözyaşlarının dəyərini bil...

Sənə bəxş edilən zəkanı istifadə etməyərək ALLAHa naşükür olma...

Sənin zəkana inanan insanların etibarın qırma...
Dostluğunla kifayətlənməyənlər üçün heç bir fədakarlıq etmə...

Eşqdə belə məntiqinə küsmə...

Ürəyin doğru yolu tapacaq instinktə sahib deyil...

Etibar etmədiyin heş kimə əleyhinə istifadə edilə biləcək heç bir kart vermə...

Sənə bəslənən sevgini və etibarı istismar etmə...

Çöldəki günəşə baxıb gülümsə və qarşısında böyük bir gələcək olduğunu unutma...

Sən istəmədiyin müddətcə ALLAHdan başqa heç kimin səni incidə biləcəyini unutma...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
784 753 768 741 687 625

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.