Kitab Rəfim (Kitab Tövsiyələri)

Salam olsun hər kəsə.
Belə bir xəbər istədim hazırlayım daha doğrusu, sevdiyim bir xəbər tipidir həm də.
Deməli mən hər dəfəsində oxuduğum bir kitab haqqında geniş məlumat paylaşacam. Fərq etmir hansı janr olur olsun. Fikrimcə kitabsevərlər bu xəbəri çox sevəcək. Bəzən kitab oxumaq istəyirik, buna ehtiyac duyuruq lakin, hansı kitabdan başlayacağımızı bilmirik. Bu hətta kitaba olan həvəsi öldürə bilər.
Bu dəfə sizə məhşur olan bir əsərdən ( Ernest Heminqueyin - Qoca və Dəniz ) İngilisce adı ( The Old Man and The Sea) əaərindən bəhs edəcəm.

Santiago, qoca və zeif bir insandır. Və ən yaxın dostu balaca bir uşaqdır dəfələrlə dənizə balıq tutmağa getmiş amma əli boş qayıdırmış. Bir gün qocanın bəxti gətirir qarmağına böyük bir balıq düşür. Qarmağı ağzına almaqla bərabər, qayığı da arxasından çəkərək okeanın dərinliklərinə qədər bu yol yoldaşlığı davam edir.

Sonda isə balığı ovlamağı bacarır, indi isə evin yolunu tutur qoca lakin, bu heç də, asan başa gəlmir. Amansız həm də, olduqca ac olan okean akulaları suya axan qanın qoxusunu alaraq gəlir. Silahsız olan qoca isə bu amansız, qəddar akulalarla savaşda okeanın ortasında qayıqda ölü balıq cəsədi ilə tək tənhadır.
Əsər ümumilikdə gözəl axıcı dili ilə oxuna bilən əsərdir. Hər kəsə oxumağı tövsiyə edirəm.
XOŞ MÜTALİLƏLƏR






