_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 6-10-2018, 16:57

Zeydi-şəhid kimdir?

Zeydi-şəhid kimdir?


Zeyd dördüncü imam Zeynül-abidinin (ə) oğludur. Dini mənbələrdə Zeydi-şəhid (şəhid Zeyd) ləqəbi ilə xatırlanır. Zeydin anası kəniz idi; bu kənizin Muxtar tərəfindən İmam Zeynül-abidinə (ə) hədiyyə edildiyini yazırlar.

Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin hakimiyyəti dövründə, 740-cı ildə Zeyd Kufə əhalisinin dəvəti ilə qiyama qalxdı. Qısa müddət ərzində hərəkat ətraf bölgələri də əhatə etdi. Yalnız Kufədəki qiyamçıların sayı 15 mini ötüb-keçmişdi. Qiyamın əsas şüarlarından biri də İmam Hüseynin (ə) intiqamını almaq idi. Lakin bir yandan Kufədəki xilafət qoşunu, bir yandan da Kufə əhalisinin xəyanəti Zeydin qiyamının məğlub olmasına gətirib-çıxardı. İki günlük müqavimətdən sonra onun tərəfdarları məhv edildi, Zeydin özü də döyüşdə ölümcül yaralanıb şəhid oldu. Onun cənazəsinin başını kəsib xəlifəyə göndərdilər, bədənini isə əvvəlcə çarmıxa çəkib, sonra yandırdılar. Bir neçə ildən sonra Zeydin oğlu Yəhya da qiyam etdi, amma o da məğlubiyyətə uğrayıb şəhid oldu.

İmam Zeynül-abidin (ə) Zeydin qiyamına qoşulmasa da, o və digər imamlar Zeydin adını ehtiram və rəhmətlə yad etmişlər. Zeydi-şəhid zeydi məzhəbinin ardıcıllarının imamıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
869 842 854 841 767 823

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.