_Yene_Tenha_

_Yene_Tenha_ Maraqlı 10-10-2018, 23:45

Arxeoloqlar Vezuvi vulkanı püskürərkən Pompey əhalisinin necə həlak olduğunu təsvir ediblər

Arxeoloqlar Vezuvi vulkanı püskürərkən Pompey əhalisinin necə həlak olduğunu təsvir ediblər


İtaliyadan bir qrup arxeoloq Vezuvi vulkanı (eramızın 79-cu ilində) nəticəsində həlak olanların qalıqlarını tədqiq edib və müəyyənləşdirib ki, həmin vaxt insanların çoxunun başı bədənindən ayrılıb. Alimlərin tədqiqatı "Plos One" elmi jurnalında dərc edilib.

Vezuvi vulkanının püskürməsi nəticəsində qədim Romanın Pompey, Herkulanum və Stabiy şəhərləri iki gün ərzində dağılıb.

Alimlər Herkulanum şəhərində həlak olanların sümüklərini tədqiq edərək ölümün bir andaca baş verdiyi qənaətinə gəliblər. Onlar insan sümük və kəllələrində qırmızı və qara rəngli mineral çöküntü tapıblar. Maddənin kimyəvi analizi onda çoxlu dəmir və oksidlərin olduğunu göstərib.

Alimlərin fikrincə, bu tapıntı fəlakətə uğramış insanların qanının qaynayaraq dərhal buxara çevrilməsinə dəlalət edir. Alimlər, həmçinin qeyd ediblər ki, şəhər sakinləri temperaturu 200-500 dərəcəli lavadan xilas olmağa çalışsalar da, bu, mümkün olmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 535 441 476 560 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.