SeKeRCiK

SeKeRCiK Hekayələr 12-10-2018, 08:25

Xoşbəxtlik (Hekayə)

Xoşbəxtlik (Hekayə)
Xoşbəxtlik (Hekayə)




Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır:

Ey xeyirxah insan, çıxar məni buradan.

''Əvəzində nə verəcəksən?" - deyə insan soruşur.

Nə istəyirsən?

Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm.

Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək onu quyuda qoyub qaçır. Xoşbəxtlik yenə hönkür-hönkür ağlamağa başlayır. Yaxından yenə insan keçdiyini eşidib, haraylayır:

Ey xeyirxah insan, çıxar məni buradan.

"Əvəzində nə verəcəksən?" - deyə bu biri insan da soruşur.

Nə istəyirsən?

Çoxlu, müxtəlif markadan olan bahalı və gözəl maşınlar istəyirəm.

Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir, ancaq o da sevinərək qaçıb gedir və xoşbəxtliyi quyudan çıxarmağı unudur. Tamam ümidini itirdiyi bir vaxtda yenə kiminsə keçdiyini eşidir və haraylayır:

Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.

Bu insan onu quyudan çıxarıb yoluna davam edir. Xoşbəxtlik onun dalınca qaçaraq soruşur:

Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən?

"Mənə heç nə lazım deyil" - deyə insan cavab verir.

Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt ondan yanından ayrılmır.



derc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
702 642 645 622 680 656

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.