Koppuş bulkalar

Tərkibi (20 ədəd üçün):
500 ml süd
11 q quru maya (yaxud 50-60 q yaş maya)
1-1,3 kq un
2 yumurta
150 q şəkər tozu
200 q kərə yağı və ya marqarin
üstünə:
100 q şəkər tozu
2 ç.q darçın
Darçın əvəzinə xaş-xaş,kişmiş,ərik qurusu,qara gavalı və s.istifadə edə bilərsiniz.
Hazırlanması:
Südü azca qızdırın.İçində mayanı əridin.500 q un əlavə edib yaxşıca qarışdırın.İsti yerə qoyun.Üzərini dəsmalla örtün (qabın altına içi isti su ilə dolu qab da qoya bilrsiniz).
Barata (opara) iki dəfə qalxmalıdır.Təxminən 30 dəqiqəyə qalxacaq.Gəlmiş barataya şəkər tozu əlavə edib qarışdırın.Yumşadılmış yağ əlavə edib qarışdırın.Yumurta əlavə edib qarışdırın.Qalan unu da əlavə edib xəmir yoğurun (un çox və ya az lazım ola bilər).Xəmir həm yumşaq olmalı,həm də ələ yapışmamalıdır.
Xəmiri yenidən isti yerə qoyun.Təxminən 50-60 dəqiqə gözləyin ki,yaxşı gəlsin.
Şəkər tozu ilə darçını qarışdırın.
Xəmiri 3 yerə bölüb kündə tutun,3-4 mm qalınlıqda yayın.
Yaydığınız yuxaların üstünə darçınlı şəkər tozunu səpin.Rulet kimi bükün.Qıraqlarını bərkidin.
Ruleti 3-4 sm enində hissələrə bölün.
Hər hissədə bıçaqla kəsiklər edin (lap sonadək yox),sonra çevirin.
Sinini azca yağlayın,yaxud da içinə perqament kağızı döşəyin.Bulkaları üstünə qoyun 20 dəqiqə sinidə gəlməsini gözləyin.180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.