Formula-1 komandaları Bakıya nə vaxt gələcək?

Formula-1 komandaları Bakıya nə vaxt gələcək?

Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə qatılacaq texniki heyətlərin və pilotların ölkəmizə gələcəyi vaxt dəqiqləşib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, komandalar iyunun 14-dən etibarən paytaxtımıza təşrif buyuracaqlar.
Buna səbəb onların iyunun 10-12-də Kanada Qran-prisinə qatılmalarıdır. Monrealdan Bakıya gələcək komandalar yarış bitdikdən dərhal sonra isə ölkəmizdən ayrılacaqlar. Çünki Avropa Qran-prisinin ardınca onlar Avstriyadakı mərhələdə sürətlərini yoxlayacaqlar.
Qeyd edim ki, Bakıdakı yarış iyunun 17-19-da olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 718 541 602 615 595

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.