♥Мой Мир♥

♥Мой Мир♥ Sağlamlıq 13-06-2016, 13:30

Bunlar sizi pəhriz üçün motivasiya edəcək

Bunlar sizi pəhriz üçün motivasiya edəcək

Artıq yay mövsümünə doğru addımlayırıq. Bu mövsümdə bütün qadınlar daha zərif görünmək üçün bir sıra pəhrizlərə əl atır. Amma bəzən motivasiyanın aşağı olması pəhrizi yarıda qoymağımıza gətirib çıxarır. Lakin aşağıdakı 10 məsləhət sizi motivasiya edəcək:

1.Qabaqcadan planlaşdırın

Məsələn,əgər hansısa yığıncağa dəvət almısınızsa, getmədən əvvəl sizi doyuracaq bir şey yeyin və beləliklə,çatdığınızda aclıqdan qarşınıza çıxan kalorilərlə dolu ilk boşqaba hücum etməyəcəksiniz.

2.Diqqəli seçin

Əgər yığıncağa getməzdən əvvəl nəsə yeməyə vaxtınız olmasa,orada yediklərinizə diqqət edin.Kalorisi daha az olan qida məhsulları seçməyə çalışın.Hansı məhsulların daha az kalorili olduğunu bilmək üçün isə pəhrizə başlamazdan əvvəl araşdırma aparın.

3.Bir stəkan su için

Əgər nəsə yeməyə vaxtınız yoxdursa və fast food-lara qarşı mübarizə aparmaq istəyirsinizsə, bir stəkan su için.Bu sizin mədənizi tutacaq və aclıq hiss etməyəcəksiniz.

4.Saqqız çeynəyin

Yemək bişirərkən saqqız çeynəmək bişirdiklərinizdən bir hissə yeməyinizin qarşısını alacaq.Qonaqlarınız varkən saqqız çeynəmək xoş görünməyə bilər,lakin bu sizi artıq yeməkdən xilas edəcək və bişirdiyiniz yeməyin dadını çıxara biləcəksiniz.

5.Quru meyvə ehtiyatınız olsun

Qurudulmuş meyvələrdə yağ miqdarı az və lif isə çox olur.Bir gündə yeməli olduğunuz quru meyvə miqdarı bir ovucdur.

6.Gözdən uzaq olan könüldən də uzaq olar

Evdə olarkən nəfsinizi tutmağa çalışın.Əgər yemədən dayana bilmirsinizsə,evdə fındıq və ya piroq kimi yağlılıq miqdarı yüksək olan qida məhsulları saxlamayın.Və ya onları gözünüzdən uzaq yaxud əldə etməyinizin çətin olan bir yerə qoyun.Ailə üzvlərindən kimsə onlardan yemək istəsə, özləri götürmək məcburiyyətində olacaqlar.

7.Spirtli içkilərə diqqət edin

Spirtli içkilərin tərkibində yağ olmasa da,bir kiçik stəkan şərab sizə 132 kalori qazandırır.Kalori miqdarını aşağı tutmaq istəyirsinizsə, spirtli içkiləri mineral su ilə əvəz etməyə çalışın.

8.Kaloriləri həqiqətən yemək istədikləriniz üçün saxlayın

Əgər nəyisə yeməyi doğrudan da çox istəyirsinizsə, onda yeyin.Kaloriləri həqiqətən yemək istədiyiniz qida məhsulları üçün saxlayın,sadəcə gözünüzün qarşısında olduğu üçün hər hansı bir qida məhsulunu yeməyin.Yemək zamanı da ancaq sevdiyiniz yeməkləri yeyin və tərəvəzləri bol tutaraq boşqabınızın dolu görsənməsini təmin edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
695 630 570 504 620 569

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.