_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 22-10-2018, 08:52

Mobil əlavə depressiyanı müəyyən edəcək

Mobil əlavə depressiyanı müəyyən edəcək


"Mindstrong" tibb startapı "iOS" əməliyyat sistemi üçün yenilənmiş "Health" əlavəsini təqdim edib. Mobil proqram istifadəçinin qurğu ilə əlaqəsi əsasında depressiya, şizofreniya və bipolyar pozuntunun ilkin əlamətlərini aşkarlayır.

Tərtibatçılar əsas diqqəti psixi pozğunluğun ikinci dərəcəli əlamətlərinə - istifadəçinin qurğu ilə təmasına aid dəyişikliklərə yönəldiblər. Əlavə bu barədə məlumatlar toplayır, onları serverlə bölüşür və bundan sonra süni intellekt əldə olunan informasiyanı analiz edir.

Məlumata görə, süni intellekt ən kiçik detalları belə nəzərə alır: smartfon ekranına basılmanın gücü, barmağın ekranda saxlanılma müddəti, mətnin yığılması zamanı amplitudalar. Bütün bunlar xəstəlik əlamətləri ola bilər. İlkin testlərdən məlum olub ki, bu metod əvvəlki pozuntuların aşkarlanması zamanı ənənəvi söhbət və sınaqlarla müqayisədə daha effektivdir.

"Health" yaradıcılarının sözlərinə görə, əlavə istifadəçi haqqında çoxlu məlumat toplayacaq, lakin serverlə yalnız fərdiləşdirilməyən şifrlənmiş informasiyanı bölüşəcək. Bununla yanaşı, onlardan kənar saytlar istifadə edə bilməyəcək, yazışmalar, zənglər və parollar isə seçimdə iştirak etməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
536 483 438 449 433 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.