Emeri "Sevilya"dan getdi
"Sevilya"nın baş məşqçisi Unai Emeri istefa verib.
İspaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən gedib.
Klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Emerinin yeni mövsümdən PSJ-ni çalışdıracağı gözlənilir. "Sevilya"nı isə Xorxe Sampaolinin çalışdıracağı iddia olunur.
Qeyd edim ki, 2013-cü ildən "Sevilya"nı çalışdıran Emeri komandası ilə ardıcıl üç dəfə Avropa Liqasının qalibi adını qazanıb.