♥Мой Мир♥

♥Мой Мир♥ Şeirlər 11-12-2015, 22:53

Dərd

Dərd


O qədər möhtac ki, dərdə qəlbimiz,
Dərdim yoxdur deyə dərd çəkərik biz!


Dərddir düşündürən, dərddir can verən!
Dərdsizəm, qəmsizəm - gör nə gündəyəm!
Dərdim olmasa de, nə karəyəm mən?
Təpədən dırnağa dərd içindəyəm!

Dərd ağlın anası, qəlbin gözüdür,
Bir ömrün fərmanı elə dərdir, dərd!
Şəfa da, zinət də dərdin özüdür,
Min dərdin dərmanı elə dərddir, dərd!


Həkimə getməsin hər dərdli adam,
Təbibdir, loğmandır, bir həkimdir dərd!
Hər gün dərs öyrənən ay şəkər balam,
Biraz da dərd öyrən, müəllimdir dərd!

Dərd sənə öyrədər əyrini, düzü,
Səni xilas edər, xilaskar edər!
Dərd sənə göstərər milyon cür üzü,
Dərd nifrət öyrədər, sevgi öyrədər!


Bir heykəl kimidir dərdsiz insanlar,
Dərdi olmayana yazığım gəlir!
Sevirəm cahanı, çünki dərdi var,
Dərdsiz bir cahana yazığım gəlir!


Dərd

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
983 908 909 827 767 800

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.