Şah Abbas məscidi (Gəncə Cümə məscidi) haqqında
Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi - Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memearlıq üslubunda inşa edilmiş tarixi məsciddir.Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir.Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur.Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir
Yerləşir: Şah İsmayıl Xətai prospekti
Memar: Şeyx Bəhai
Sifarişçi: I Şah Abbas
Tikilmə tarixi: 1601—1606
Üslubu: Arran memarlıq məktəbi
Vəziyyəti: Fəaliyyət göstərir
Kateqoriya: Məscid
Yerləşir: Şah İsmayıl Xətai prospekti
Memar: Şeyx Bəhai
Sifarişçi: I Şah Abbas
Tikilmə tarixi: 1601—1606
Üslubu: Arran memarlıq məktəbi
Vəziyyəti: Fəaliyyət göstərir
Kateqoriya: Məscid
Redaktə etdi:Uğurböceyi






