_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 28-10-2018, 11:30

Orqanik qida xərçəng riskini azaldır

Orqanik qida xərçəng riskini azaldır


Fransız alimlərinin apardıqları son tədqiqatların nəticəsində məlum olub ki, orqanik qida məhsullarından pəhriz rejimində istifadə edənlərdə xərçəng xəstəliyinə tutulma riski əhəmiyyətli dərəcədə azalır.

Alimlər pəhriz rejimində ekoloji təmiz qidalardan istifadə edənlərdə xərçəng xəstəliyi ehtimalının 25 faiz azalması qənaətinə gəliblər. Fransanın Səhiyyə və Tibb Araşdırmaları Mərkəzinin (INSERM) tədqiqatçısı Culiya Bodri bildirib ki, bu amansız xəstəlikdən qorunmaq üçün üç amil - pəhriz rejimi, orqanik qida məhsulları və fiziki aktivlik mühüm rol oynayırlar. Onun sözlərinə görə, heç kim deyə bilməz ki, ekoloji təmiz qidalanma xərçəng xəstəliyini azaldır, yalnız pəhriz rejimində bu məhsullardan istifadə edilməsi müəyyən qədər faydalı ola bilər.

Tədqiqat nəticəsində o da müəyyən edilib ki, tərkibində gübrələr, pestisidlər, antibiotik kimi baytarlıq preparatları və genetik modifikasiya olunmuş orqanizmlər olan məhsullar orqanik qida standartlarına aid edilmir.

Bütün bunlarla yanaşı, alimlər təəssüflə qeyd ediblər ki, orqanik qida məhsulları miqdarca az və bahalı olduğundan, insanların əksəriyyəti onlardan istifadə edə bilmirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 506 461 517 541 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.