Esmeralda

Esmeralda İdman 30-10-2018, 09:46

"Real" baş məşqçisini qovdu!

"Real" baş məşqçisini qovdu!


Madridin "Real" klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

Loading.az klubun rəsmi saytına istinadən xəbər verir ki, direktorlar şurası ardıcıl uğursuz nəticələrdən sonra bu qərara gəlib. Hələlik baş məşqçi səlahiyyətlərini buna qədər "Kastilyo"nu çalışdıran Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis sabahdan işə başlayacaq.

Qeyd edək ki, klub rəhbərliyinin səbr kasasını dünənki El Klasikoda "Real"ın əzəli rəqib "Barselona"ya biabırçı məğlubiyyəti (1:5) daşırıb. Son 7 oyundan 5-də məğlub olan madridlilər İspaniya çempionatında 10 turdan sonra 9-cu pilləyə yuvarlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 493 449 411 423 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.