_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 2-11-2018, 21:15

“Facebook”u yenə sındırdılar - 120 milyon profil oğurlandı

“Facebook”u yenə sındırdılar - 120 milyon profil oğurlandı


"Facebook" şəbəkəsi hakerlər tərəfindən yenidən sındırılıb.

Hakerlər "Fbserver" saytına 120 milyon profili satışa çıxarıblar. Bir profilin satış qiyməti 10 sentdir.

Qərb mətbuatının xəbərinə əsasən, 257 min istifadəçinin profilinə azad giriş əldə edilib. Eyni zamanda 80 mindən çox istifadəçinin şəxsi mesaj qutusu ələ keçirilib. Hakerlər tərəfindən ələ keçirilən profillərdə bioqrafiya, mobil telefon məlumatı və dost siyahısı var.
Bir müddət əvvəl isə 30 milyon "Facebook" istifadəçisinin haker hücumuna məruz qaldığı bildirilmişdi.

Qeyd edək ki, Britaniyanın "Cambridge Analytica" şirkəti 80 milyondan çox "Facebook" istifadəçisinin şəxsi məlumatlarına giriş əldə etmişdi və bu böyük qalmaqala səbəb olmuşdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 480 516 434 475 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.