HASANLY

HASANLY Sevgi / Şeirlər 5-11-2018, 14:01

Rövşən Həsənli - Sən özün çək(Şeir)

Rövşən Həsənli - Sən özün çək(Şeir)
Rövşən Həsənli - Sən özün çək(Şeir)


Salam əziz LOADİNG.AZ-lılar. Bu dəfə fərqli şeirlə hüzurunuzdayam.
Bu şeiri Mikayl Müşfiqin "Rəssam sevgilimin rəsmini çək" şeirinə cavab şeiri olaraq yazmışam.

Rəssam sevgilimin rəsmini çək

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim

Müəllif: Mikayıl Müşviq


Sən özün çək

Çəkirəm mən indi onun rəsmini
Çəkirəm sən deyən gözəlliyini
Çatmışam nazına al bu qələmi
Sevgilinin nazını sən özün çək

Çəkirəm indi də qara telini
Çəkirəm incədən incə belini
Indi sən fırçaya uzat əlini
Can alan gözlərini sən özün çək

Çəkmişəm Tanrının gözəl qulunu
Çəkmişəm yarının sağı,solunu
Çəkmişəm mən onun həyat yolunu
Gəl sevgilinin izini sən özün çək

Müəllif: Rövşən Həsənli(Avara_Sair)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
774 795 748 733 752 667

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.