Esmeralda

Esmeralda İdman 3-11-2018, 21:21

Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır

Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır


Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyir.

Loading.az xəbər verir ki, bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq, Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.

Super Liqanın yaradıcıları Almaniyanın "Bavariya”, İspaniyanın "Real Madrid”, "Barselona”, İtaliyanın "Yuventus”, "Milan”, İngiltərənin "Arsenal”, "Çesli”, "Mançester Yunayted”, "Mançester Siti”, "Liverpul” və Fransanın PSJ komandaları olacaq.

İspaniyanın "Atletiko”, Almaniyanın "Borussiya” (Dortmund), Fransanın "Olimpik” (Marsel), İtaliyanın "İnter” və "Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.

Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 521 484 511 461 470

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.