мιѕтєя ѕнαкυя

мιѕтєя ѕнαкυя İdman 17-06-2016, 20:30

Püşk saxtakarlığı?

Püşk saxtakarlığı?


“Püşk səbətinə isti və əvvəlcədən soyuducuda dondurulmuş şar atılırdı”

FİFA-nın sabiq prezidenti Yozef Blatter futboldakı püşkatmalarla bağlı sensasiyalı açıqlama verib.
“La Nacion” nəşrinə müsahibəsində o bildirib ki, UEFA-da keçirilən püşkatmalarda saxtakarlığa yol verilib. O iddia edib ki, belə hallar uzun illər rəhbərlik etdiyi FİFA-da olmayıb, amma Avropa səviyyəli püşkatmar zamanı püşkün nəticəsini əvvəlcədən müəyyənləşdirmək mümkün olub. Blatter bildirib ki, bunun üçün sonradan səbətə atılan şar soyuducuda dondurulurmuş. Bundan sonra istənilən komandanın adı olan kağız dondulmuş şara salınır və nəticədə püşk səbətinə dondurulmuş və isti şar qoyulurmuş. Bunun sayəsində də püşkatmada maxinasiyaya yol verilirmiş.
“Əllə ani toxunuş kifayət edirdi ki, isti ilə soyuq şarı ayıra biləsən. Mən Avropa turnirlərindən birindəki püşkatmada şəxsən belə hala şahid olmuşam” – deyə Blatter bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
671 738 635 582 626 706

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.