Kənan Heydərov

Kənan Heydərov Maraqlı 9-11-2018, 19:37

4 illik təcrübənin nəticəsi: Xoşbəxtlik pulda deyil

4 illik təcrübənin nəticəsi: Xoşbəxtlik pulda deyil
Belçikada 4 il davam edən Milli Xoşbəxtlik Araşdırmasının nəticələri açıqlanıb.

Nəticələrə əsasən, çoxlu pul səadət gətirmir. Aylıq gəliri 4500 avrodan çox olan insanlar daha az gəlirli insanlara nisbətən özlərini daha bədbəxt hiss edirlər.


Gent universitetinin alimi professor Liven Annemans və komandasının araşdırmasına əsasən, Belçikada orta aylıq gəlir 1716 avrodur. Cəmiyyətdə beş nəfərdən biri ayda 1000-1500 avro ilə dolanır. Araşdırmaya əsasən, 2000-3000 aylıq gəliri olan insanlar özlərini xoşbəxt sayırlar.

Maraqlıdır ki, ən çox pul qazanan insanlar arasında özünü bədbəxt sayanların sayı kifayət qədər çoxdur. Aylıq gəliri 4500 avro və daha çox olan insanlar həyat şərtlərindən elə də məmnun deyillər. Professor qeyd edir ki, zəngin olmaqdan alınan həzz hissi qısa müddətlidir. Yüksək gəlirli insanlar həm işlərindən, həm də sosial mühitdən narazıdırlar.

Bol gəlir isə stes və tənhalığa səbəb olur. Çox gəlir əldə edən şəxslər "daha çox qazanaq" fikrinin qurbanı olurlar və bu doyumsuzluq həyat keyfiyyətini aşağı salır.


Dərc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 427 353 368 374 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.