Kənan Heydərov

Kənan Heydərov Maraqlı 10-11-2018, 13:50

Yerişinizdən sizin kim olduğunuz məlum olacaq

Yerişinizdən sizin kim olduğunuz məlum olacaq
Çin hüquq-mühafizə orqanları insanların şəxsiyyətini onların yerişinə görə müəyyənləşdirməyə başlayıblar. Buna imkan verən müvafiq texnologiya "Watrix" şirkəti tərəfindən hazırlanıb.

Loading.Az "ictnews.az" -a istinadən yazır ki, yeni texnologiya ilk olaraq Şanxay və Pekin şəhərlərində istifadəyə verilib. Proqramın süni intellekti insanın şəxsiyyətini 50 metr məsafədən, o cümlədən arxadan müəyyənləşdirə bilir.


Şirkətin baş direktoru Xuan Yunçjen bildirib ki, insanların müəyyənləşdirilməsi üçün onlarla əməkdaşlığa ehtiyac yoxdur. Yerişin analizini axsamaqla və ya addımları böyük atmaqla aldatmaq mümkün deyil. "Bu səbəbdən biz konkret bədənin bütün xüsusiyyətlərini təhlil edirik", - o qeyd edib.

Məlumata görə, insanın siluetini oxuyan sistem onun yerişinin modelini yaradır. Lakin "Watrix" texnologiyası vətəndaşların şəxsiyyətini real vaxt rejimində identifikasiya edə bilmir: videoqeydləri əllə proqrama yükləmək tələb olunur. Birsaatlıq videonun analizi üçün 10 dəqiqə sərf edilir.

Texnologiyanın 94 faiz dəqiqliklə işləməsi bildirilir. Daha yaxşı nəticə üçün yeni texnologiyanın sifətin tanınması sistemi ilə birgə yayılacağı gözlənilir.

Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 472 408 378 401 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.