Özünə yaxşı bax.
Mən gecikməyi adət etmiş bir qadınam..sənə də gecikdiyimi bilirəm, amma bu dəfə bilərək olmadı.Sənin kimi bir adamın varlığından xəbərim olsa sənlə illər öncə rastlaşar, illər öncə sevməyə başlardım..bilmirəm, sevməmək mümkündür səni?sənə bir ana şəfqətiylə yanaşa bilməyəcək qədər yorğun qadın olduğum üçün üzr istəyirəm, donub qalan gözlərin bağışlasın məni...heçnə haqqında fikrim yoxdur, ancaq səninlə sağollaşmağımın vacib olduğunu bilirəm, xəbərsiz getmək haqsızlıq olar sənə.Hə gedirəm, bundan sonra səhəri səninlə açmayacam, maraqlı bir hadisəni sənə danışmaq üçün səbirsizliklə səhəri gözləməyəcəm...çox sevdiyin saçlarımı da kəsdim, bağışla.Bir qadın gedəndə saçlarını qısaldarmış, yalnız qadınlar daim özünü təsəlli edərmiş, çünki heç kimi yoxmuş.Bilirsən mən çox adam incitdim, hər dəfə içimdən keçəni dedim, heç qorxmadım, nəzakətli görünmək üçün bəzəkli cümlələr işlətmədim.İnsanlar məni çox incitdi, amma heç üzləri belə qızarmadı, ən azından mən onları doğrularla incitdim, onlar ikiüzlülüklə.Məktubun bu hissəsinin səninlə əlaqəsi olmadığını düşünürsən, amma yanılırsan.Mən inşa etdiyim bu dünyama yalnızca səni almaq istədim amma olmadı, onlardan daha çox yaraladın məni.Gözəl gülürsən, bunu israf etmə olarmı? Birdə ucuz qadınlara şeir yazma, məndən sonra bir qadına şeir oxuyacaqsansa bu oğlunun anası olsun məsələn...Özünə yaxşı bax.







