Kənan Heydərov

Kənan Heydərov özünü 😲 təəccüblənmiş hiss edir. Maraqlı 27-11-2018, 14:45

Genetik dəyişiklik etməklə super insan yaratmaq mümkündürmü? - ÇİN BUNU EDİR

Genetik dəyişiklik etməklə super insan yaratmaq mümkündürmü? - ÇİN BUNU EDİR
Çində genetikası dəyişdirilmiş uşaqların doğulduğu iddia edilir.

Metod 7 qadın üzərində həyata keçirilib. İlk uğurlu sınaqdan sonra 2 qız uşağı dünyaya gəlib. Mayalanma prosesində HİV/GİÇS virusu daşıyıcısı olan kişilərdən istifadə edilib. Belə ki, embrionlara müdaxilə edilərək virusun hüceyrəyə girməsinə səbəb olan proteini yaradan CCR5 geni deaktiv edilib. Sınağın məqsədi HİV virusuna qarşı immunitetin yaradılmasına nail olmaqdır.

Bu tip sınaqlar insanlar üzərində təcrübə kimi qiymətləndirilir və bir çox ölkələrdə qadağandır. Prosesə çinli alim He Jiankuirəhbərlik edib. Layihədə ABŞ-dan olan alimlər də iştirak edib. Əgər He Jiankuinin iddiası təsdiqlənsə, tibb sahəsində yeni səhifə açılacaq.

Qeyd edək ki, genetik dəyişiklik etməklə "super insan" yaratmaq, canlıların xüsusiyyətlərini dəyişmək, keyfiyyətlərini artırmaq son dövrlər ortaya atılan təhlükəli ideyalardan hesab olunur. Bir çox alim "super insanlar"ın yaradılmasının digər insanların məhvi ilə nəticələnməsindən ehtiyyat edir.


Dərc etdi:Böcek:(

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 415 411 344 441 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.