Esmeralda

Esmeralda Maraqlı 5-12-2018, 12:19

Dünya müharibəsində iki yüz əsgərin həyatını xilas edən göyərçinin fədakarlıqları...

Dünya müharibəsində iki yüz əsgərin həyatını xilas edən göyərçinin fədakarlıqları...
Birinci Dünya Müharibəsində iki yüz əsgərin həyatını xilas edən “Sevgili dostum” adlı göyərçinin fədakarlıqları haqda maraqlı məlumatlar yayılıb. “Cher Ami” adı verilən bu göyərçinin adı təcümədə “Sevgili dostum” mənasını daşıyır. Birinci Dünya Müharibəsindəki fədakarlıqlarına görə amerikalılar onu bu gün də qəhrəman kimi yad edirlər.

Bəs ona qəhrəman adı necə verilib?

Belə ki, müharibədə almanlara qarşı döyüşən fransızlara amerikalı əsgərlər kömək edir. Almanların olduğu ən strateji yüksəkliyi ələ keçirmək üçün təlimatlandırılan amerikalı minbaşı Charles Vhittlesey və beş yüz döyüşçü bu əməliyyat üçün seçilmiş əsgərlər olur. Amma fransızların geri çəkilməsindən sonra qrup mühasirəyə düşür. Dünyasını dəyişən beş yüz hərbçidən yalnız iki yüz nəfəri sağ qalır. Amerikalıların əlaqə yaratmaq üçün heç bir vasitələri olmur.

Dünya müharibəsində iki yüz əsgərin həyatını xilas edən göyərçinin fədakarlıqları...

Minbaşı səhərə qədər bunu düşünərkən görür ki, almanların öldürdükləri göyərçinlər arasında biri sağ qalıb. Əsgərlərinin mühasirədə olduğunu görən minbaşı, göyərçinin sol ayağına bir məktub bağalayaraq onu göyə buraxır. Məktubda isə bunları yazır: “Biz 276.4 paralelləri arasındayıq. Yalnış olaraq öz topçularımız bizi vurur. Allah xətrinə atəşi kəsin!”. Uçan göyərçini görən almanlar ona atəş açıb yaralasa da, 25 dəqiqə uçaraq 40 kilometr yol qətt edərək məktubu ünvana çatdırır. Məktubu alan kimi amerikalı əsgərlər atəşi kəsirlər və mühasirədə olan iki yüz əsgərlərini xilas edirlər.



Ancaq bir neçə dəqiqə sonra ağır yaralanan göyərçin ölür. “Cher Ami” adı verilən göyərçin “Croix de Guerre” mükafatına layiq görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
554 554 477 532 534 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.