_O.R.X.A.N_

_O.R.X.A.N_ Sağlamlıq 2-12-2018, 11:56

Duş başlıqlarıyla bağlı QORXUNC ARAŞDIRMA

Duş başlıqlarıyla bağlı QORXUNC ARAŞDIRMA
Şimali Korolina Universitetinin professoru Rob Dan ən təhlükəli santexnika qurğusunun duş olduğunu iddia edib.

Loading.Az medicina.az-a istinadən bildirir ki, o, bu barədə araşdırma apardığını, duş başlığının ən təhlükəli bakteriya mənbəyi olduğunu bildirib.

Araşdırmaya görə, duş başlıqlarında sadə birhüceyrəli mikroorqanizmlərdən əlavə ağciyər infeksiyasına yol aça biləcək patogen bakteriyalara da rast gəlinir. Bu bakteriyalar normal olaraq insan orqanizmində yaşamamalıdırlar. Amma bəzən immunitet sistemi zəif olan insanların orqanizminə su vasitəsilə yoluxa bilirlər. Problem ondadır ki, xəstəliktörədən mikroorqanizmlər dezinfeksiyaedici vasitələrdən qorunmaq üçün qalın biotəbəqə ilə örtülürlər.

Həmçinin bu bakteriyalar su vasitəsilə kifayət qədər böyük əraziyə yayıla və saç, burun, ağız boşluğuna düşərək bədənin bütün nahiyələrində inkişaf edə bilərlər. Bu zaman heç bir kimyəvi təmizləyici vasitə köməyə gələ bilməz. Çünki bakteriyalarda həmin maddələrə qarşı bioloji davamlılıq meydana gəlir və get-gedə də inkişaf edir. Həmçinin duş başlıqlarında çoxalan bu mikroorqanizmlər digərlərini sıxışdırırlar.

Qeyd edək ki, bu hal yalnız dəmirdən olan duş başlıqlarına aid edilir. Başlığın materialı plastikdən olduqda bütün bakteriyalar normal inkişaf edərək xəstəliktörədən bakteriyaların anormal şəkildə artmasına mane olurlar.


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 499 500 503 480 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.