Putin avtomobili ilə G20-yə damğa vurdu - FOTO

Putin avtomobili ilə G20-yə damğa vurdu - FOTO
Rusiya prezidenti Vladimir Putin G20 sammitinə avtomobili ilə damğa vurub.

Loading.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya istehsalı olan və nüvə silahına, bombaya qarşı dayanıqlılığı ilə tanınan "Aurus" limuzini təkcə dünya mediasının deyil, sammit qonaqlarının da diqqətini çəkib. "Putinin təkərli sığınacağı" adlandırılan maşın daha çox ərəblərin marağında olub.

Rusiya lideri açıqlamasında "Doğrudan, çox gözəl avtomobildir. Onu təkcə mən bəyənmirəm. Bəzi ərəb dostlarım da bəyənir və özləri üçün bu maşından almaq istəyirlər" deyib.

Qeyd edək ki, Putin ilk dəfə "Aurus"la Finlandiya səfəri zamanı görüntülənib. "NAMİ" avtomobil nəhəngi tərəfindən istehsal olunan nəqliyyat vasitəsi gələn ilin martında Cenevrədə təşkil ediləcək avtomobil sərgisində nümayiş olunacaq.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
660 633 614 653 696 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.