Esmeralda

Esmeralda İslam Dini 5-12-2018, 17:00

Ət yemək barədə dinimiz nə buyurub?

Ət yemək barədə dinimiz nə buyurub?
İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) üçün qoyunun ən sevimli üzvü qoyunun biləyi idi". İmam Baqir (ə) buyurur: "Allahın Peyğəmbəri (s) qoyunun biləyini xoşlayardı". (Tebyan)

Bəni-Ğəfardan olan bir nəfər nəql edir ki, Peyğəmbər (s) üçün çörək və ət yeməyi gətirmişdilər və Həzrət (s) buyurdu: "Mənə biləyi verin". Biləyi Həzrətə (s) verdilər və Həzrət (s) onu yedi".

Həzrət Peyğəmbər (s) buyurur: "İsa (ə) qardaşım bir şəhərdən keçirdi, görür ki, oranın insanlarının üzünün rəngi sarı və gözləri göyərmişdir. Onlar bu xəstəliyə görə şikayət edirlər. Deyir: "Dərman sizin yanınızdadır. Siz əti yumamış bişirir və sonra yeyirsiniz". Bu insanlar o gündən əti yumağa başladılar və bu xəstəlik onlardan getdi".

İmam Baqir (ə) buyurur: "Peyğəmbər (s) əti çiy halda yeməyi qadağan edib, buyurur: "Ancaq vəhşilər əti belə yeyərlər. Əti o zaman ki, yeyin ki, ya günəş və ya atəş onu dəyişdirmişdir".

İmam Rza (ə) buyurur: "Çiy ət yemək qurd yaradar".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dalbadal 40 gün ət yeyərsə, ürəyi sərtləşər".

İmam Əli (ə) buyurur: "Mədələrinizi heyvanların qəbiristanlığı etməyin".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim 40 gün ət yeməzsə, pis xasiyyət olar. Ət yeyin, çünki eşitməyinizi gücləndirər".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ət yeməyi 40 gün buraxar, pis xasiyyət olar. Hər kim pis xasiyyət olarsa, özünə əziyyət verər. Hər kim özünə əziyyət verərsə, qulağına azan deyin".

İmam Əli (ə) buyurur: "Ət yeyin, çünki ət - ətdəndir. Ət, ət əmələ gətirər. Hər kim 40 gün ət yeməzsə, pis xasiyyət olar. Sizlərdən hər kim pis xasiyyət olsa, qulağına kamil azan oxuyun".

İmam Sadiq (ə) buyurur: "(Yeməyi) bir gün ətlə ye, bir gün südlə, bir gün başqa bir şeylə".

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin pisləri o kəslərdir ki, sümüyün məğzini (iliyini) yeyərlər".

Həzrət Peyğəmbər (s) buyurur: "Quş sümüklərinin başını yeməyin, çünki vərəm gətirər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
780 849 757 763 867 767

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.