Esmeralda

Esmeralda Maraqlı 8-12-2018, 16:21

Dadlılardan mandarin

Dadlılardan mandarin
Sovetlərdən qalan bir şey var. Yeni ildə süfrədə hər zaman paytaxt salatı və mandarin olur. Hamımızın da sevdiyi bir şeydir. Əslində Azərbaycan dilində naringi deyilir, ancaq hamımız mandarin adlandırırıq məncə. Düşündüm ki, mandarin haqqda bilmədiyimiz məlumatlar var. Gəlin birlikdə öyrənək!



Mandarinin ilk dəfə Mərakeşdən gətirildiyi deyilsə də, ilk dəfə Çində yetişdirildiyi deyilir. Çox qədim meyvədir. Çində 3000 il bundan öncə ilk dəfə yetişdirildiyi aşkar edilmişdir.
Avropaya 19cu əsrdə gəlmişdir. 19cu əsrin ortalarında isə Şimali Amerikada məşhurlaşmışdı. Hal hazırda Floridada çox yetişdirilir.
Mandarinin bir neçə növü vardır. Dadlarına və formalarına görə bir birilərindən fərqlənirlər. 1 ədəd mandarində 37 kalori var və günlük C vitamini qəbulunun 31%-ni təşkil edir.



C vitamini üz dərisinə çox xeyirlidir. Mandarin yağı sizə daha pürüssüz dəri bəxş edəcək. Selelütlərə çox yaxşı təsir edir. Bu səbəbdən də bu yağla edilən masaj sizə arıqlamaqda da kömək edəcək.
Mandarinin qabıqları da istifadə edilir. Onu qurudaraq şirniyyatlarda və ya çay dəmlədikdə istifadə edə bilərsiniz. İmmunitetə yaxşı kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
549 654 580 592 578 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.