Nani_Fit

Nani_Fit İdman 7-12-2018, 07:57

“Real” Hazardla anlaşdı - İddia

“Real” Hazardla anlaşdı - İddia
"Real" "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardı transfer etməyə yaxındır.

Xəbər verilir ki, "kral klubu" belçikalı futbolçu ilə anlaşıb.

Ancaq Madrid təmsilçisi londonluların tələb etdiyi 170 milyon avronu vermək niyyətində deyil. İspanlar Hazarda görə qarşı tərəfə 100 milyon avro, eyni zamanda Mateo Kovaçiç və Marko Assensiodan birini təklif etməyə hazırlaşır. "Çelsi"nin buna nə cavab verəcəyi isə hələ bilinmir.

Qeyd edək ki, Eden Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir. O, "zadəganlar"ın heyətində 222 oyun keçirib və 76 qol vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 528 424 424 469 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.