Esmeralda

Esmeralda Maraqlı 9-12-2018, 17:00

Evdə dəfnə yarpağı yandır, sirlərə agah ol

Evdə dəfnə yarpağı yandır, sirlərə agah ol
Qədim yunan və romalıların imperator, qaliblər bitkisi adlandırdığı dəfnə yarpaqları onun təmizləyici və sakitləşdirici gücünü bildiklərindən, bir çox xəstəliklərin müalicəsində ağrıkəsici və evin, insanın ağır neqativ enerjisini təmizləmək üçün istifadə edər, daha doğrusu onu yandırardılar.

Loading.az medicina.az-a istinadən indi də çox ölkələrdə istifadə olunan dəfnə yarpağı yandırmaq texnikasının faydalarını təqdim edir.

Ailədə depressiyalı, epilepsiyalı, panik atak keçirən insanlar olan evdə stress, neqativ hisslər və yuxusuzluğa qarşı quru dəfnə yarpağı yandırmaq lazımdır. Yarpaqlarda olan sineol kimi efir yağlar bütün orqanizmin və sinir sisteminin rahatlamasına səbəb olur.

Gərgin, əsəbi, başı ağrıyan, işdə və həyatında uğursuzluqdan bezənlər də evdə bir qabın içində dəfnə yarpağı yandırıb, 10 dəqiqə onun tüstüsündə əyləşsə effekti görəcək.

Dəfnə yarpağı evdəki rütubəti, nəmliyi aradan qaldırır, tarakan və həşəratları da qovur.

Dəfnə yarpağı uşaqların da sinir sisteminə müsbət təsir edir.

Dəfnə yandırarkən evdəki neqativ enerji də təmizlənir, insanın və evin aurası yaxşılaşır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 497 480 423 439 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.