Esmeralda

Esmeralda Sağlamlıq 9-12-2018, 18:19

Qaraciyəri təmizləyən SUPER QARIŞIM

Qaraciyəri təmizləyən SUPER QARIŞIM
Qaraciyərin əsas funksiyalarından biri orqanizmə xaricdən daxil olan və orqanizmin özündə əmələ gələn müxtəlif ziyanlı maddələri (toksinlər, şlaklar və s.) zərərsizləşdirməkdir.

Beləliklə, qaraciyər orqanizmin təbii filtridir. Rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən mütəxəssis) Olqa Şerbanın sözlərinə görə, qaraciyərin də təmizlənməyə ehtiyacı var. Bunu ildə 1-2 dəfə etmək lazımdır. Bu, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onun sağlamlığını qoruyur.

Olqa Şerba qaraciyəri təmizləmək və yeniləmək üçün belə bir resept təqdim edir. 1 stəkan təzə qatığa 1 ç.q. bal, yarım ç.q. sarıkök və 1 x.q. üyüdülmüş qarabaşaq əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1 saat əvvəl bu qarışımı qəbul edin. Bunu 2 həftə ərzində hər gün etmək lazımdır. Daha sonra 1 həftə fasilə verilir və müalicə kursu təkrar olunur.

Diqqət! Qaraciyər xəstəlikləri və iltihabı olan insanlar bu vasitədən yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
482 473 497 486 499 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.