Kənan Heydərov

Kənan Heydərov özünü 😔 qəmli hiss edir. Maraqlı 18-12-2018, 12:00

Ölüm ayağında sevgilisi ilə nişanlandı

Ölüm ayağında sevgilisi ilə nişanlandı
Loading.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, Sinqapurda həkimlər xərçəng xəstəsinə sevgilisi ilə nişanlanmağa kömək edib.

Onlayn mağaza sahibi, 58 yaşlı Pan Min Kvon dekabrın 15-də xəstəxanadan çıxmadan sığorta şirkətinin rəhbəri olan 49 yaşlı sevgilisi Ko So Xuanla xəstəxanada nişanlanıb. Mərasimdə 50 nəfərə yaxın qonaq iştirak edib.


Kvon noyabrın 9-dan xəstəxanada müalicə alır. O xəstəxanaya yerləşdirilən zaman tibb bacılarına bildirib ki, sevgilisi ilə nişanlanmaq istəyir. Noyabrın 17-də o, Xuana evlilik təklif edib. Mərasim dekabrın ortalarına təyin edilib.

Xəstəxananın işçiləri qeyd ediblər ki, Kvon nişan mərasimini səbirsizliklə gözləyirmiş. Tibb bacıları xəstəxananı hava şarları ilə bəzəyib, xəstəxananın aşpazı isə onlar üçün tort bişirib.

Sinqapurda xəstəxanada xərçəng xəstəsinin sevgilisi ilə nişanlanması

"Biz demək olar ki, hər bazar günü görüşürdük. O mənə hər gün zəng edirdi. Biz ikimiz də çox məşğul idik. Ancaq o həmişə deyirdi ki, birgə keçirdiyimiz zamanlar onun üçün dəyərlidir" – deyə Xuan bildirib.

İki il əvvəl Kvonun xərçəng xəstəsi olduğu məlum olub. Ancaq bu onların münasibətlərinə mane olmayıb. İndi qadın bütün boş zamanını sevgilisi ilə keçirməyə çalışır.


Ölüm ayağında sevgilisi ilə nişanlandı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 394 520 460 380 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.