AzizA

AzizA Sevgi / Şeirlər 19-12-2018, 17:17

Nəriman Həsənzadə - İçimdə

Nəriman Həsənzadə - İçimdə
Nəriman Həsənzadə - İçimdəÜzümü xoş görüb, xoşbəxt deyirsən,
Ağrı içimdədi, yara içimdə.
Dərdimi soruşma, a dərdin alım,
Gəl axtar içimdə, ara içimdə.

Qapalı ümmandı elə bil sinə,
Çalxalanır, sığışmır öz hövzəsinə.
Qızıl balıq kimi üzür tərsinə,
Ürəyi salıblar tora, içimdə.

Ürəkdən çəkirəm, ürək acıyam,
Fikir dünyasıyam, söz yamacıyam.
Özüm özüm boyda dar ağacıyam,
Dara çəkilirəm, dara içimdə.

Taleyim xeyrə yox, şərə qol çəkir,
Dərdi ya qız çəkir, ya oğul çəkir.
Nazim fikirlidi, gözü yol çəkir,
Xatirə yanımda, Sara içimdə.



Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 431 392 369 360 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.