Esmeralda

Esmeralda Xəbərlər 19-12-2018, 20:44

Bayramqabağı Prezidendən şad xəbər: Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək - SƏRƏNCAM

Bayramqabağı Prezidendən şad xəbər: Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
388 428 391 344 367 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.