Sevgi də eləcə
Mən istəyirdim ki,ayrılmağımıza bir səbəb olsun. Düzdü biz özümüz minlərlə səbəb uydurmuşduq. Amma onlar hamısı sadəcə bəhanə idi. Əslində biz bir-birimizi sevmirdik. Ən acınacaqlısı da odur ki, bu əvvəlcə belə deyildi. Əvvəlcə biz sevirdik amma vaxt ötəndən sonra heç bir səbəb olmadan sevgi öldü. Və biz ayrıldıq. Mən çox pis olmuşdum. Ayrılmağımız yox, sevginin səbəbsiz yaranıb səbəbsiz yox ola bilmə xüsusiyyəti məni yaman qorxutmuşdu. Deməli mən yenidən kiməsə vurula bilərdim və yenidən sevgimiz ölə bilərdi. Deməli kimsə məni sevə bilər və mənim heç bir günahım olmadan sevgisi sadəcə bitə bilər. Bu qorxulu idi. Bu həqiqət idi. Bilirəm, çox adamın həyatında belə şeylər olur. Amma heç kəs düşünmür bu haqda. Hər dəfə kimisə sevir və elə bilirlər ki, bu elə onların əsl sevgisidir. Və bir neçə vaxtdan sonra eyni hadisələr təkrarlanır. Sən unutmağa başlayırsan. Sən öyrəşirsən. Qızıl gülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan heç bir iy gəlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir. Sevgi də eləcə. Az bir vaxtda sehrli bildiyin hisslər adi bir şeyə çevrilir...






