"Evli kişi ilə sevgili olmaram" - Səidə

“Elə müğənnilər şou-biznesin adını batırlar. Mən subay qızam, Səidə olaraq da özümü tanıyıram. Elə yaşamışam ki, heç bir ailəni dağıtmamışam. Elə qələti heç vaxt etmərəm”.
Bu sözləri müğənni Səidə Sultan “Show news” verilişində deyib. İfaçı evli kişilərlə eşq yaşayan həmkarlarını tənqid edib:


“Subayam, məni subay oğlan sevə bilər, başqa oğlan sevə bilməz. O hərəkəti edirəmsə, deməli o kişinin uşaqlarına, evdə öz bacılarıma hörmət etmirəm. Şou-biznesdə heç kəs barmağını qatlayıb deyə bilməz ki, Səidə üçün nəyisə mən etmişəm.

Elə həyatı da sevmirəm ki, kiminsə nəyisə olum məni saxlasın. İt zadam? Məni niyə saxlamlıdır? Özümün əli də, ayağı da var, dilim də dirçəyim də var. Ölərəm, gəbərərəm elə həyatı yaşasam. Əri ola-ola, o hərəkəti edirlər sonra da biz müğənnilərin adı çıxır. O hərəkəti etmək istəsəm, ərimdən boşanıb edərəm də... Bəs mənim vicdanım harda qaldı? Ayrıl, get kefini et. Yazıq tamaşaçı eləsi də var inanır, onlara ürəyim ağrayır. Uzun paltarı geyinib çıxırlar... Tamaşaçı da abırlı bilir”.



"Evli kişi ilə sevgili olmaram" - Səidə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 540 495 473 507 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.