♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 11-07-2016, 14:12

Mən məhəbbət demirəm!

Mən məhəbbət demirəm!
Mən məhəbbət demirəm!


Bir tənə var baxışında,sözündə,
Təbəssümün yenə küsüb üzündə.
Ağlamaqdan yaş qalmayıb gözündə,
Göz yaşına mən məhəbbət demirəm

Məhəbbəti ömür kimi itirdik,
Gül yerində tikan kolu bitirdik.
Bir fürsəti ikimiz də ötürdük,
Dönüşünə mən məhəbbət demirəm.

O baharın çiçəkləri xəzəldi,
Küskün qəlbin qəm yoluna düzəldi,
Öyünmə ki, qaşın,gözün gözəldi.
Göz-qaşa mən məhəbbət demirəm.

Yerə düşdün bir inadın sözütək,
Ayrılırıq elə biz də yüzütək.
Belə məsum görkəminlə quzutək,
Savaşına mən məhəbbət demərəm.

Ölü eşqin ehsanını sevmirəm,
Nəzir kimi vüsalını sevmirəm,
Məhəbbətin leysanını sevmirəm
Yavaşına mən məhəbbət demirəm.

Bu məhəbbət həmdəmidir təklərin,
Ürəyimdən həyat alır kökləri.
Hər qovuşan mənfi,müsbət yəklərin,
Təmasına mən məhəbbət demirəm!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
653 618 612 508 540 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.