Esmeralda

Esmeralda Sağlamlıq 29-12-2018, 17:40

Haymorit nədir, həkimə nə zaman müraciət edilməlidir?

Haymorit nədir, həkimə nə zaman müraciət edilməlidir?
İnsan burnunda sağ və sol tərəfdə dörd burunətrafı cib var. Onlardan birinin adı haymor boşluğudur. Həmin boşluğun iltihabı haymorit adlanır. Haymorit üz nahiyəsində, burun ətrafında, başı aşağı salarkən və ya tərpədərkən ağrılarla, burundan gələn axıntı ilə özünü büruzə verir. İnsan qrip olarkən də haymoritin əlamətləri müşahidə edilir.

Loading.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahı Murad Şıxəliyev məlumat verib. O deyib: "Haymorit burunətrafı ciblərin, yəni sinusidlərin bir hissəsi sayılır. Əvvəllər əməliyyat kəskin ağız boşluğundan aparılırdı və daha travmatik formada icra olunurdu. Hazırda isə müasir endoskopiyanın inkişafı əməliyyatı xeyli asanlaşdırıb. Belə ki, əgər xroniki proses olarsa, burun dəliklərindən kənar əlavə kəsik aparılmadan haymor boşluğuna daxil olunub oradakı çirk, irin və iltihab təmizlənilir. Sinusidlər davamlı, qalıcı olarsa, iybilmənin, görmə orqanının funksiyasının pozulmasına, beyin absesinə, görmənin zəifləməsinə səbəb ola bilər. Ona görə də simptomlar - iyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunarsa, həkimə müraciət edilməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 463 521 453 473 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.