Esmeralda

Esmeralda Xəbərlər 10-01-2019, 10:14

"O gələcəkdə "Diva" tituluna sahib olacaq yeganə gənc və gözəl xanımdır" - Samir Bağırov

"O gələcəkdə "Diva" tituluna sahib olacaq yeganə gənc və gözəl xanımdır" - Samir Bağırov
Müğənni Samir Bağırovun "Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin ünvanına dediyi "Diva" sözü müzakirələrə səbəb olub.

Loading.az-ın məlumatına görə, Samirin "Diva" tituluna sahib olan Xalq artisti Aygün Kazımovaya söz atdığı bildirilib. S.Bağırov mətbuat katibi vasitəsilə açıqlama yayaraq, məsələyə aydınlıq gətirib. Samir bildirib ki, həmin şərhdən sonra çoxları onun Kazımova ilə aralarının dəydiyini düşünüb, amma elə deyil:

"Çox sevdiyim Səmra Rəhimli haqqında yazdığım şərhin belə bir müqayisə ilə nəticələnəcəyini gözləmirdim. Səmra gələcəkdə "Diva" tituluna potensialının olduğuna inandığım yeganə gənc və gözəl xanımdır. Bu şərhim məhz onu bu yolda ruhlandırmaq və hər zaman ona olan dəstəyimi bildirmək üçün idi.

Hal-hazırda illərdir dostum olan Aygün Kazımovanın şou-biznesin Divası olduğunu hər kəs bilir. Onun yeri əvəzolunmaz, doldurulmaz və dəyərlidir.

Hörmətlə Samir Bağırov".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 592 495 529 520 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.