Havaya görə Azərbaycan klublarının oyunları ləğv olundu
Antalyada təlim-məşq toplanışında olan futbol klublarımızdan ikisinin oyunu ləğv olunub.
Oxu.Az - Loading.Az`a xəbər verir ki, “Səbail” Qazaxıstanın “Kaysar” komandası ilə oyuna başlasa da, güclü dolu səbəbindən matç yarımçıq dayandırılıb və ləğv edilib.
Həmçinin, saat 18:00-da baş tutmalı “Qəbələ” – “Fakel” (Rusiya) görüşü əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.
Qeyd edək ki, “Səbail” bu gün Bakı vaxtı ilə saat 12:00-da Braziliyanın “Rasa” klubuna 3:2 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Orxan Qurbanlı (2) və Aqşin Qurbanlı vurub.







