Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 29-01-2019, 12:03

Kivini qabıqla yeməyin faydaları

Kivini qabıqla yeməyin faydaları
Subtropik meyvə olan kivi ölkəmizdə də becərilir və istifadə edilir.

Loading.Az medicina.az-a istinadən kivi meyvəsinin insan orqanizmi üçün faydalarından söz açır:

Kivi aşağı kaloriyə malikdir. 1 ədəd orta ölçülü kivinin çəkisi 100 qr-dır. Onun tərkibində su, zülal, yağ, karbohidrat mövcuddur. Onun enerji dəyəri 48 kkal təşkil edir. Tərkibində bol miqdarda lif var. Bu meyvənin tərkibində C, D, А, В1, В2, РР, В6, В 12, Е, К1 vitaminləri mövcuddur.

Həmçinin kivinin tərkibində kalium, kalsium, maqnezium, dəmir, sink, antiokasidantlar, fosfor, pektin üzvi turşular, flavonoidlər də var. Kivinin əsasən də qabıqlarında lətindən çox antioksidant maddələr mövcuddur. Buna görə də, kivini yaxşı olardı ki, üzərindəkı tükcüklərindən yaxşıca təmizləyərək qabıqlı halda yeyəsiniz. Bu həm də sizin bağırsağınızın fəaliyyətini də bərpa edərək qəbizliyi və həmçinin də disbakteriozu aradan qaldıracaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
461 474 432 454 508 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.