_OrXaN_

_OrXaN_ İdman 9-07-2016, 11:52

Klopp “Liverpul”la müqavilə yenilədi

Klopp “Liverpul”la müqavilə yenilədi
Klopp “Liverpul”la müqavilə yenilədi

Ingiltərənin “Liverpul” futbol klubu almaniyalı mütəxəssis Yurqen Kloppla uzunmüddətli müqavilə bağlayıb.

Çalışdırıcı ilə “qırmızılar” arasında mövcud sazış 2018-ci ilədək nəzərdə tutulmuşdu. Yeni müqavilə isə 2022-ci ilədək qüvvədə olacaq. Yeni anlaşmanın maliyyə detalları isə açıqlanmayıb.

Xatırladaq ki, Klopp baş məşqçi kimi “Liverpul”da ötən ilin oktyabr ayından fəaliyyətə başlayıb. Onun rəhbərliyi altında komanda keçən mövsüm İngiltərə Premyer Liqasında səkkizinci pillədə qərarlaşıb. Bununla yanaşı, “Liverpul” İngiltərə Kuboklar Liqası və UEFA Avropa Liqasının finalçısı olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
681 638 584 607 513 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.