Kənan Heydərov

Kənan Heydərov Ana və uşaq 31-01-2019, 11:45

Yuxunun uşaqlara təsiri

Yuxunun uşaqlara təsiri
Körpənin yuxusu insan orqanizmində baş verən ən çətin fizioloji ritmlərdən sayıla bilər.

Çağalarda yuxunun düzgün ritmləri, yani yuxu və oyaq qalma proseslərinin növbələşməsi tədricən qurulur. 2 və 4 aylar arası uşaqların yuxu strukturunda vacib dəyişikliklər baş verir. 2-ci aydan 6-cı aya kimi uşaqlarda yuxu və oyaqqalma proseslərinin sirkad ritmi formalaşır. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.


Yuxu insan orqanizmində təbii, mütəmadi və vacib olan hallardan sayılır. Yuxu orqanizmdə baş verən digər proseslər kimi hormonlar və yüksək aktiv maddələr vasitəsi ilə idarə olunur. Belə ki, gecə vaxti melatonin hormonu ən yüksək dərəcəyə çatır və insanın yuxulamağına və dərin yuxuya getməsinə səbəb olur. Digər maddələr isə oyanma proseslərinə, yuxunun dərin və yüngül fazalarının dəyişməsinə təsir edir.

İnsanlar həyatının 1/3 hissəsi yuxuda keçirir. Uşaqlıq dövründə yuxunun vacibliyini xüsusilə vurğulamaq lazımdır. Çağa gün ərzində təqribən 18 saat, bir yaşlı uşaqlarda isə bu rəqəm azalaraq təqribən 13 saat təşkil etməlidir. Maraqlısı budur ki, bu qanunauyğunluq məməlilərdə də müşahidə olunur: erkən uşaqlıq dövrü minimal fiziki fəaliyyət və daha çox yuxu müddəti ilə, böyüdükcə isə aktivliyin artması və yuxu müddətinin qısalması ilə xarakterizə olunur.

Amerika alimlərinin tədqiqatlarına görə, valideynlərin 3/4-ü uşaqlarında gecə yuxu pozuntularının əmələ gəlməsindən şikayətlənməsinə baxmayaraq, bu ailələrdən yalnız 10-14%-i tibbi və psixoloji yardıma müraciət etdiyi bildirilir. Təəssüflər olsun ki, valideynlər yuxu pozuntularının bir gün keçib gedəcəyini zənn edərək və ya hansı həkimə müraciət etdiklərini bilməyərək özləri pis-yaxşı mövcud yuxu problemlərini həll etməyə çalışırlar. Cədvəldə verilən rəqəmlər əsasında uşaqlarda və yeniyetmələrdə real yuxu müddətinin tövsiyyə olunan yuxu müddətindən qat-qat fərqləndiyi görünür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
685 579 575 520 494 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.