Ehmedzade

Ehmedzade özünü 😜 dəli hiss edir. Video, Klip 1-02-2019, 23:00

Romeo - Tələ-bə

Romeo - Tələ-bə



Budulnikim fəryad edir, oyanmağın vaxtı gəlib,
Nə tez keçdi 6 saat, mən hələ indi yatmışdım,
Oyandım üstü açıq, döşək yoxdu altımda,
Kəsr pulunu ödəməkçün yorğanımı da satmışdııım.

Romeo - Tələ-bə

İşləyibdi 9'a, dərsə qalıb 10 dəqiqə.
Yemək yoxdu iki gündü, qan şəkərim noldadı,
Geyinib qaça-qaça çıx, yolda da bir zəng vur de,
"Qayıb yazsa, qoyma yaza, denən gəlir, yoldadı".



Səhərin basa-basında vaqona girməy it zülümü,
Minmişəm səhv qatara, çaşıb yolumu azmışam.
Mərtəbə 6'dadı, təngənəfəs, gir sinifə,
Deyir, istəsən keç otur, amma qayıb yazmışam.



Hər fənni limitdəyəm, 33'dü giriş balım,
Alaram 18'i polnu bəsdi keçməyə,
Gəlibdi sınaq günü, yazıbdılar 17,
50'ylə kəsilmişəm, zəhər yoxmu içməyə??!



Nə badə kəsilmisən, təqaüd də getdi hədər,
Bankamat kartı boşdu, son pulumu da almışam,
Whatsapp'da mesaj gəlir, stipendiya yükləndi,
Məndə balans 7 qəpik, yetim gündə qalmışam.



Bi də var univerdə evlənmək programı,
Girirsən instaya, adam olur axmaq lap,
Yaşıl göz, qara kurtka bi dənə qızı görmüşdüm,
istəsən, profilimi admindən axtar tap.



Çox-çox adi dolanan,
Dünyaya,cahana,insana.
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə.



3'cü saat gəlir, oturmağa yoxdu həvəs,
Arxada oturursan, yuxu adamı meyid eliyir.
Sinifdə girən zaman, müəllimdə bir həyəcan,
Dekan gəlir yoxlamağa, nə deyirəmsə, qeyd eliyin.



İxtisas fənnində, yoxdu dərsi tədris edən,
Bir soruş, deyirlər ki, yuxarı kursda keçməlisiz,
Olursan 3'cü kurs, soruşurlar, bilmirsən,
Deyir, yuxarı kursuz siz, indiyə kimi bilməlisiz.



Bəzən də variant zad gəlmək olur qayıblara,
Deyin ki, müəllimə, gələmməyir, xəstədi,
Bu vaxtı bir dənə səs pozur bütün planları,
Sabah monitoringdi görüm hamı dərsdədi



Dərs bitir güc-bəlayla, qalıb zəngə 5 dəyqə,
5 dəyqə sanki, bir il, vurulmur bu zəh ri mar,
Bu vaxtı bir müəllim girir sinifə tez-tələsik,
Heç kim evinə tərpənmir, akt zalında tədbir var.



Qalıbdı bircə ilim, gün sayıram dustaq tək,
Sonunda bu kitabın da səhifələrin qatlayacam,
Bir dənə diplom da söz veriblər indi mənə,
Onu da, çaynikimə altlıq əvəzi saxlayacam.



Sızlar yada düşəndə,
Ürəyimin telləri,
O mehriban, o əziz,
Tələbəlik illəri



[media=https://www.youtube.com/watch?v=Hp6kV6Ml33Q]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
597 674 531 513 570 606

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.