Скандалист

Скандалист Sevgi 11-07-2016, 23:17

Mən öldüm

Mən öldüm
Mən öldüm


Hüznün toxumlarını əkdin ürəyimə,
indi hər atdığın addımla əkdiyin toxuma bir damla daha su verirsən.
Sevgilim, sənin keçər dediyin hər əzab keçir, amma unutduğun şey
keçib getdikdən sonra yenə geri gəldiyi. Sən bir ürəyə əkilən həsrət toxumunun
ağrısını hiss edə bilməzsən, çünki səni heç sevdiyin tərk etmədi.
__________________________________________




Qaranlıq küçələrdə gözyaşlarını özündən belə saxlamaq üçün heç gezmədin.
Torpaq sayıb, daşlaşmış nəzəriylə baxdığın ürəyimə əkdin hüznün toxumlarını.
Sən gedərkən əkdiklərin yaşıllaşmağa başladı daha.
Bir gün dönəndə onları yığ və məzarımın üzərinə sərib bu
səfər gedişinlə deyil, gözyaşlarınla sula olarmı...
__________________________________________






Hanı mən çox güclüydüm, hanı heç bir şey məni yumazdı,
hanı mən dünya yansa zərər görməyəcək tək varlıqdım?
Bax, bu saydıqlarım var ha sən yanımdaykən gerçək idi.

Mən sənin üçün güclüydüm, sənin üçün yıxılmazdım və
sənin xaricində bir dünyam olmadı ki, digərlərindən zərər görüm...
__________________________________________







Hüznün toxumları ürəyimdə yaşıllaşarkən mən onların arasına
bir toxum da atdım. Gələcəyini ümid edərək bir ümid toxumu atdım.
Sənin müjdəçin olsun deyə. O toxumu sənin gedişinlə deyil,
mənim gözyaşlarım və qanımla sulayıram. Al əlinə qıpqırmızı halıyla və iylə.
Qoxusunda mən, tikanlarında sənin gedişin və əlindən axan qanda mən olacağam.
Ey sevgilim, sən getdin və mən bitdim,
gəlsənsə belə bitən heç bir şey yenidən başlamaz.
Bəlkə yeniləri başlayar, amma yenilərin arasında mən ola bilməyəcəyəm.

__________________________________________




Təəssüf edirəm, sən getdin və hüznün toxumlarından
açan çiçəklərin arasında meydana gətirdiyim qəbrimdə mən bitdim və
öldüm..
__________________________________________

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
685 641 617 619 659 618

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.