fidann

fidann özünü 🤗 möhtəşəm hiss edir. Maraqlı 5-02-2019, 18:28

Uğur

Uğur
Demək olar ki, çoxumuz uğurun, nailiyyətin, müvəffəqiyyətin nə olduğunu və ona necə sahib ola biləcəyimizi bilmirik.
Müvəffəqiyyət hədəf seçməkdən başlayır. Hədəfi düzgün seçmək və durmadan ona nail olmaq uğrunda çalışmaq bu prosesin əsasıdır. Bu yol çox keşməkeşli və çətin olsa da, nəticəsi çox ürəkaçandır.

İnsanın həyatda uğur qazanmasında zəkanın böyük rolu vardır. Amma zəka nə qədər parlaq olursa-olsun, insanı uğura aparan ən vacib və mühüm şərt zəhmət və çalışmaqdır. Məşhur fizik Tomas Edison onun şəxsiyyətində sehrli güc axtaranlara “Yüzdə bir istedad zəka, yüzdə doxsan doqquz isə zəhmət və ağıl” cavabını verirdi.

Nailiyyətə mane olan ən böyük düşman tənbəllikdir. Tənbəllik azad olanı əsir edir. Müdriklərdən biri demişdir: “İşləsən, xəzinəyə sahib olarsan, tənbəllik etsən, əlindəki xəzinəni də itirərsən”.

Müəyyən edilmiş hədəf işığında uğura sahib olmağın ilk əsas şərtlərindən biri özünəinamdır. Böyük uğura sahib olanlar “özünəinamla” silahlananlardır. Onlar firtinalı günlərdə belə özünə güvənmələri sayəsində əsla sarsılmayacaq bir qaladırlar.

“Quldarlığa son qoyan prezident” kimi tanınan ABŞ Prezidenti Abraam Linkolnun həyatı uğursuzluqlarla dolu olduğu halda, özünəinamı sayəsində heç vaxt sarsılmamış və bütün çətinlikləri dəf etməyi bacarmışdır. Senatın üzvü ola bilməsə də, səbri və inadkarlığı sayəsində ABŞ prezidenti olmuşdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 425 336 442 448 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.